satellite   Azerspace-1: 11135 H 30000

CNN: ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi ayıracaq

CNN: ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi ayıracaq

İyunun 27-də Birləşmiş Ştatlar Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, CNN bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Paketə "Bradley" zirehli maşınları və "Stryker" zirehli transportyorları daxil olacaq. Ukraynaya veriləcək avtomobillərin dəqiq sayı barədə məlumat verilmir.

İyun ayında ABŞ artıq Ukraynaya 325 milyon dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Ümumilikdə, ABŞ 2022-ci ilin fevralından bəri Ukraynaya hərbi yardım üçün 39 milyard dollar ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM