satellite   Azerspace-1: 11135 H 30000

“Airbus” ilk dəfə olaraq Çin istehsalı olan təyyarələri Avropaya satır

“Airbus” ilk dəfə olaraq Çin istehsalı olan təyyarələri Avropaya satır

Dünyanın aparıcı təyyarə istehsalçısı olan “Airbus” ilk dəfə olaraq Çin istehsalı olan təyyarəni avropalı müştəriyə satıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Satılan A321 neotəyyarəsi Çinin şimalındakı Tianjin şəhərinin mərkəzindəki zavodda yığılıb. Alıcı Mərkəzi və Şərqi Avropanın ən böyük aşağı büdcəli aviadaşıyıcılarından biri olan Macarıstanın “Wizz Air” şirkəti olub.

Tianjindəki Airbus Çatdırılma Mərkəzinin məlumatına görə, bu sövdələşmə təyyarə istehsalçısı üçün əsas mərhələdir. Gələcəkdə şirkətin Çində yığılmış təyyarələrinin alınması üçün sifarişlərin sayının artacağı gözlənilir.

A321neo Airbus A320 ailəsinin ən böyük təyyarəsidir. O, 244 sərnişini qəbul edə bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM