satellite   Azerspace-1: 11135 H 30000

Polşa Prezidenti Kiyevə səfər edib

Polşa Prezidenti Kiyevə səfər edib

Litva Prezidenti Gitanas Nausedanın ardınca onun polşalı həmkarı Anjey Duda da Kiyevə gedib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Polşa Prezidentinin dəftərxanası məlumat yayıb.

"Prezident Anjey Duda Kiyevdə səfərdədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı Ukrayna Konstitusiya Gününün qeyd olunması müzakirə olunacaq, eləcə də cəbhədəki mövcud vəziyyət, o cümlədən Rusiyanın Zaporojye atom elektrik stansiyasına hücumu təhlükəsi ilə bağlı məsləhətləşmələr aparılacaq”, - məlumatda deyilir.

Tərəflər həmçinin NATO-nun iyulda keçiriləcək sammitinə hazırlıq məsələsini də müzakirə edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM