satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğanla Şolts arasında telefon danışığı olub

Ərdoğanla Şolts arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Naxçıvan televiziyası "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub və bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Rusiyada baş verən son hadisələrin müzakirə olunduğu telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü məsələsinə də toxunulub.

Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə istiqamətində düzgün addımlar atsa da, İsveçdə PKK/YPG tərəfdarları sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməyə, insanları qətlə yetirməyə və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağa davam edir. Bu vəziyyət Türkiyə üçün qəbuledilməzdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM