satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankı Türkiyəyə 1 mlrd. dollar ayıracaq

Dünya Bankı Türkiyəyə 1 mlrd. dollar ayıracaq

Dünya Bankı Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinin bərpası üçün 1 milyard dollar ayıracaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “NTV Haber” məlumat yayıb.

Dünya Bankı zəlzələdən zərər çəkmiş ərazilərdə mənzil və əsas kommunal xidmətlərin bərpasına kömək etmək üçün Türkiyəyə 1 milyard dollar vəsait ayrılması barədə qərarı təsdiqləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı qeyd edib ki, cari ilin oktyabr-noyabr aylarında hökumət zəlzələdən zərər çəkmiş rayonların sakinləri üçün evlərin istifadəyə verilməsinə başlamağı planlaşdırır.

Xatırladaq ki, bu ilin 6 fevral tarixində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub. Türkiyə hökuməti zəlzələni "əsrin fəlakəti" adlandırıb. Təbii fəlakət nəticəsində ölənlərin sayı 50 500-ə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM