satellite   Azerspace-1: 11135 H 30000

Kramatorsk şəhərində kafenin raketlə vurulması nəticəsində ölənlərin sayı 11-ə çatıb

Kramatorsk şəhərində kafenin raketlə vurulması nəticəsində ölənlərin sayı 11-ə çatıb

Donetsk vilayətinin Kramatorsk şəhərinə iyunun 27-də Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 11-ə yüksəlib. Ölənlər arasında 3 uşaq da var. Dağıntılar altında hələ də sakinlərin olması ehtimal edilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.

"Axşam saatlarına olan məlumata görə, üçü uşaq olmaqla, 11 nəfərin öldüyü məlumdur. Daha 61 nəfər xəsarət alıb", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Rusiya qoşunları iyunun 27-də axşam saatlarında Kramatorska raket hücumu zamanı S-300 zenit-raket kompleksindən istifadə edib. Raket dinc sakinlərin çox olduğu şəhər mərkəzindəki kafelərdən birini dağıdıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM