satellite   Azerspace-1: 11135 H 30000

KİV: İsveç 2024-cü ildə ÜDM-in 2 faizini müdafiəyə yönəldəcək

KİV: İsveç 2024-cü ildə ÜDM-in 2 faizini müdafiəyə yönəldəcək

İsveç hökuməti gələn il müdafiəyə bu illə müqayisədə 20 milyard kron (1,86 milyard dollar) çox vəsait ayırmağı planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Bildirilib ki, İsveç NATO-ya üzv olan bütün ölkələr qarşısında hərbi xərclərin ÜDM-in 2 faizinə çatdırılması vəzifəsini yerinə yetirəcək.

“Biz dedik ki, gələn il büdcəni təxminən 20 milyard (kron – red.) artırmalı olacağıq və bu, tamamilə zəruridir”, - müdafiə naziri Paul Jonsson telekanala müsahibəsində deyib.

Ümumilikdə, gələn il müdafiə büdcəsinin təxminən 117 milyard kron (10,86 milyard dollar) olacağı gözlənilir. 2025-ci ildə daha 12 milyard kron (1,11 milyard dollar) əlavə etmək planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM