satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə baş verən yanğın 25 hektar əraziyə ziyan vurub

Türkiyədə baş verən yanğın 25 hektar əraziyə ziyan vurub

Türkiyənin Muğla vilayətinin Datça rayonunda baş verən yanğın nəticəsində 25 hektar əraziyə ziyan dəyib.

Naxçıvan televiziyası Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, tez bir zamanda alov nəzarət altına alınıb və söndürülüb.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib. Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb. Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter və çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM