satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Luqanskda bəzi yaşayış məntəqələrini azad edib

Ukrayna Luqanskda bəzi yaşayış məntəqələrini azad edib

Ukrayna Milli Qvardiyası Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmlənib.

Xatırladaq ki, iyunun 25-də Ukrayna Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarəti altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM