satellite   Azerspace-1: 11135 H 30000

XİN başçısı: “Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür”

XİN başçısı: “Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür”

“Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, taxıl müqaviləsinə xitam veriləcəyi təqdirdə, Moskva öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə tədarükü təmin edəcək.

Nazir söyləyib ki, Qərbdən gələn bütün maneələrə baxmayaraq, Rusiya gübrələrinin və ərzaqlarının ixracı davam edir.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM