satellite   Azerspace-1: 11135 H 30000

Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı onlayn formatda keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı onlayn formatda keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları şurasının 23-cü toplantısı Hindistanın ev sahibliyi ilə iyulun 4-də onlayn formatda keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ölkə lideri Si Cinpinin toplantıda onlayn formatda iştirakını təsdiqləyib.

Hindistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bütün üzv ölkələr, habelə İran, Belarus və Monqolustan müşahidəçi statusu ilə, Türkmənistan isə ev sahibinin qonağı qismində tədbirə dəvət olunub. Bundan başqa, BMT, ASEAN, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla 6 beynəlxalq və regional təşkilatın rəhbəri də onlayn tədbirdə iştirak edəcək.

Qeyd edək ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan və Hindistan kimi böyük ölkələr də qoşulub. ŞƏT-ə üzv ölkələrin ötən il Səmərqənd şəhərində keçirilmiş zirvə toplantısında isə İranın quruma tamhüquqlu üzv qəbul olunması prosesinə start verilib. Bundan başqa, qurumun üç müşahidəçi üzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla bir neçə dialoq tərəfdaşı var. Daha bir neçə ölkə dialoq tərəfdaşı almaq üçün müraciət edib.

Dünyanın ən böyük regional qurumu kimi ŞƏT üzvü olan ölkələr, ümumilikdə Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 20 faizini təmin edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM