satellite   Azerspace-1: 11135 H 30000

Çində anomal istilərlə əlaqədar “sarı” xəbərdarlıq yenilənib

 Çində anomal istilərlə əlaqədar “sarı” xəbərdarlıq yenilənib

Çinin Milli Meteorologiya Mərkəzi anomal hava şəraiti ilə əlaqədar “sarı” (3-cü dərəcə) səviyyədə xəbərdarlığı təkrar yeniləyib.

Naxçıvan televiziyası xəbər verir ki, mərkəz iyunun 30-dan etibarən bir neçə gün ərzində Şandon, Hunan, Hubey, Ciansi, Cıcian, Fucien, Quandon, Haynan və Yünnan əyalətlərində, Sincan Uyğur, Daxili Monqolustan və Quansi Cuan muxtar rayonlarında havanın temperaturunun gündüz 37 dərəcəyə (Selsi) çatacağını proqnozlaşdırıb. Paytaxt Pekində və Tiencin şəhərində, habelə Hebey və Henan əyalətlərində havanın hərarətinin 40 dərəcə olacağı gözlənilir.

Milli Meteorologiya Mərkəzi əhaliyə açıq hava fəaliyyətlərini təxirə salmağı, müvafiq qurumlara isə açıq havada çalışmalı olan əməkdaşlarına qoruyucu və qabaqlayıcı tədbirlər görməyi tövsiyə edib.

Qeyd edək ki, iyunun ortasından etibarən Çində, xüsusən də ölkənin şimal hissəsində anomal isti hava müşahidə olunur. Paytaxt Pekində isə 2014-cü ildən sonra havanın hərarəti ilk dəfə 40 dərəcəni ötüb. Bu cür hava şəraiti ilə əlaqədar Çinin müxtəlif yerlərində bir neçə dəfə “sarı” və “narıncı” səviyyədə xəbərdarlıq elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM