satellite   Azerspace-1: 11135 H 30000

Parisdə güllələnən gəncə görə başlayan etirazlar Strasburqa sirayət edib

Parisdə güllələnən gəncə görə başlayan etirazlar Strasburqa sirayət edib

Fransada 17 yaşlı Naelin polis gülləsi ilə öldürülməsindən sonra Paris ətrafında başlayan hadisələr Strasburqa da sirayət edib.

Naxçıvan televiziyası xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Strasburqda tanınmış texnologiya mağazası və 2 məşhur geyim mağazası qarət edilib. Polis şəhərdə 11 nəfəri həbs edib.

Strasburqda çəkildiyi bildirilən görüntüdə bir çox gəncin polis avtomobilini qarət etdiyi anlar əks olunub.

Şəhər mərkəzində yerli vaxtla saat 19:00-dan səhər saat 04:00-a qədər nümayişlərin keçirilməsi qadağan edilib.

Digər tərəfdən, Parisə yaxın olan Rosny-sous-Bois və Kreteil şəhərlərində 2 ticarət mərkəzi qarət edilib. Kreteil şəhərində 15 nəfər saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM