satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada güclü zəlzələ olub, ölən və yaralananlar var

İndoneziyada güclü zəlzələ olub, ölən və yaralananlar var

İndoneziyanın Yava adasında Rixter cədvəli üzrə 6,4 maqnitudada zəlzələ baş verib, bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şurası məlumat yayıb.

Zəlzələ Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində yüzlərlə evə, ofisə, tibb və təhsil müəssisəsinə ziyan vurub.

İndoneziya Geofizika Agentliyinin məlumatına görə, zəlzələ 25 km dərinlikdə qeydə alınıb və yeraltı təkanlar sunamiyə səbəb olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM