satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski Ukraynada məhv edilən "Vaqner"çilərin sayını açıqlayıb

Volodimir Zelenski Ukraynada məhv edilən "Vaqner"çilərin sayını açıqlayıb

“Ölkənin şərqində gedən döyüşlər zamanı Ukrayna ordusu “Vaqner” Xüsusi Hərbi Şirkətinin 21 minə yaxın muzdlusunu məhv edib”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, döyüşlər zamanı “Vaqner”in ən güclü bölmələri sıradan çıxarılıb: “Əlbəttə, onlar ancaq hücum edə bilərdilər. Hücumdan başqa çarələri yox idi. Əks halda öz silahdaşları tərəfindən öldürüləcəkdilər. Bu, onların gücünün əsas sirri idi”.

V. Zelenskinin sözlərinə görə, döyüşlər zamanı 80 minə yaxın “Vaqner”çi yaralanıb: “Bu, əks-hücum əməliyyatlarımızın tərkib hissəsidir. Döyüşçülərimiz irəli getməyə hazırdırlar”.

Ukrayna liderinin fikrincə, Belarusa yerləşən “Vaqner”çilər oradan yeni təhdid yarada bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM