satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda baş vermiş torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub

Gürcüstanda baş vermiş torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub

Gürcüstan ərazisində yağan güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub. Hazırda torpaq sürüşməsi nəticəsində itkin düşmüş insanın meyitinin axtarışları davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, Xaraquli bələdiyyəsinin Marelsi kəndində dəmir yolu stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi yolun bir hissəsini tam dağıdıb, elektrik dirəklərini aşırıb. Stansiyada növbətçi işləyən nəzarətçi isə itkin düşüb. Onun torpaq altında qaldığı ehtimal olunur. Hazırda dəmir yolunun bərpası ilə yanaşı, həmin şəxsin cəsədinin axtarışları davam edir.

“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən paytaxt Tbilisiyə və əksinə, eləcə də daha 5 istiqamətdə qatarların hərəkəti tam dayanıb. İyulun 1-də təbi fəlakət nəticəsində qatarlarda qalan insanlar başqa nəqliyyat vasitələri ilə istədikləri yerə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM