Türkiyə Ordusu İraqın şimalında 9 terrorçunu hava zərbəsi ilə məhv edib.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türk Silahlı Qüvvələri İraqın şimalında terrorçu təmizliyini sürətini azaltmadan davam etdirir. "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 9 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. "Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, bundan öncə Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının daha 9 üzvü saxlanılıb.
