satellite   Azerspace-1: 11135 H 30000

Fransada ötən gün 50-yə yaxın iğtişaşçı həbs edilib

Fransada ötən gün 50-yə yaxın iğtişaşçı həbs edilib

Fransada ötən gün 50-yə yaxın iğtişaşçı həbs edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "L'Est Republicain" qəzeti məlumat yayıb.

“Le Proqres” qəzetinin məlumatına görə, Lionda gənclərdən ibarət qruplar şəhərin mərkəzinə toplaşaraq şüarlar səsləndiriblər. Polislə bir neçə toqquşma olub.

Lion və Marseldə küçələrdə vəziyyət nisbətən sakitdir, telekanallar çoxlu sayda polis və jandarm, o cümlədən zirehli texnikanın mövcudluğunu əks etdirən kadrlar yayımlayıb.

Bundan əvvəl Fransanın 10 şəhərində komendant saatı elan olunub. Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar iyulun 3-də ölkə boyu meriyaların qarşısında mitinqlərin keçiriləcəyini bildirib. Bununla yanaşı, güllələnən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb.

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM