satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın Rusiyaya yeni səfiri təyin edilib

Qazaxıstanın Rusiyaya yeni səfiri təyin edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB baş katibinin keçmiş müavini və keçmiş mədəniyyət naziri Dauren Abayevi Rusiyaya yeni səfir təyin edib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Dauren Əsgərbekoviç Abayev Qazaxıstanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib", - prezidentin sərəncamında deyilir.

Bundan əvvəl iyunun 16-da Tokayev Yermek Koşerbayevi Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsindən azad edərək Şərqi Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri təyin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM