satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Kramatorska endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Rusiyanın Kramatorska endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin Kramatorsk şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “PEN Ukrayna” məlumat yayıb.

"İyunun 27-də Rusiyanın Kramatorskda şəhərin mərkəzindəki kafeyə raket hücumu zamanı yaralanan yazıçı Viktoriya Amelina Dneprdəki xəstəxanada dünyasını dəyişib”, - məlumatda deyilir.

Artıq qəza-xilasetmə işlərinin tamamlandığı bildirilir.

Xatırladaq ki, iyunun 27-də Rusiya ordusu Kramatorskda çoxlu sayda insanın olduğu kafeni raketlə vurub. Fövqəladə Hallar Dövlət Xidməti hücum nəticəsində 12 nəfərin öldüyünü, 65 nəfərin yaralandığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM