satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin sahil mühafizəçiləri 84 əfqan miqrantı xilas ediblər

Türkiyənin sahil mühafizəçiləri 84 əfqan miqrantı xilas ediblər

Yunanıstanın sahil mühafizəsi əməkdaşlarının Türkiyənin ərazi sularına ötürdüyü 84 miqrant xilas edilərək quruya çatdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Şimali Egey Sahil Mühafizə Xidmətinin əməkdaşları Çanaqqalanın Ayvacık rayonu sahillərində rezin qayıqlarda miqrantların olduğunu müəyyən etdikdən sonra onlara yardım ediblər.

Mühafizə xidmətinin “KB-20”, “KB-4304” və “TCSG-6” qayıqları vasitəsilə Əfqanıstan vətəndaşlarından ibarət miqrantların həyatı xilas edilib.

Sahilə çıxarılan 84 nəfər miqrantla bağlı lazımi prosedurlar başa çatdıqdan sonra onlar Ayvacık Miqrasiya İdarəsinə aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM