satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezident Ofisi: "Rusiya cəbhəsi ay yarıma dağılacaq"

Ukrayna Prezident Ofisi: "Rusiya cəbhəsi ay yarıma dağılacaq"

“Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri Rusiya cəbhəsinin dağılmasına gətirib çıxaracaq. Bu, bir həftə, bir ay və ya ay yarıma baş verə bilər”

Naxçıvan televiziyası “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, artıq hərbi əməliyyatlar intensivləşib: “Cəbhə xətti boyunca bir kilometrdən çox əraziyə nüfuz etmişik”.

M.Podolyak bildirib ki, qarşı tərəfin hərbçilərinin ruhdan düşməsi, daxili münaqişə və “Vaqner” Xüsusi Hərbi Şirkətinin qiyamı əhəmiyyətli məsələlərdir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları iyunun əvvəlində başlayıb. Son bir həftə ərzində 9 kv. km ərazi azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM