satellite   Azerspace-1: 11135 H 30000

NATO: “Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib"

NATO: “Rusiya  Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib"

“Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının demək olar ki, 90%-ni cəlb edib”.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

Onun sözlərinə görə, Kreml səfərbərliklə itkiləri bərpa etməyə çalışır:

“Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də aviasiya, donanma resurslarına, nüvə silahına malikdir”.

R.Bauer qeyd edib ki, Rusiya NATO ilə birbaşa həmsərhəd olan ərazilərdə diqqətli hərəkət edir:

“Onlar bizimlə toqquşmaq istəmirlər”.

Admiral söyləyib ki, son 24 saat ərzində Rusiyanın 34 hərbi texnikası sıradan çıxarılıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM