satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Tbilisi: "Ukraynanın Gürcüstan şirkətinə sanksiya tətbiq etməsi siyasi motivli qərardır, cavab verəcəyik"

Rəsmi Tbilisi: "Ukraynanın Gürcüstan şirkətinə sanksiya tətbiq etməsi siyasi motivli qərardır, cavab verəcəyik"

“Gürcüstanın “Georgian Airways” aviaşirkətinə Ukraynanın sanksiya tətbiq etməsi siyasi motivli qərardır”.

Naxçıvan televiziyası Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini Levan Davitaşvili deyib.

Nazir müavininin sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynanın qərarına cavab verəcək.

L.Davitaşvili Ukrayna hakimiyyətinin qərarında Gürcüstan müxalifətinin də əli olduğunu istisna etməyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-də Gürcüstanın “Georgian Airways” aviaşirkətinə sanksiya tətbiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM