satellite   Azerspace-1: 11135 H 30000

Fransızların 70 faizi ölkədə fövqəladə vəziyyət tətbiq olunmasını istəyir

Fransızların 70 faizi ölkədə fövqəladə vəziyyət tətbiq olunmasını istəyir

Fransa əhalisinin təxminən 70 faizi Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni bürüyən iğtişaşlarla bağlı fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat Fransanın “Ifop” İctimai Rəy İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrində əksini tapıb.

Rəy sorğusunda iştirak edən fransızların 69 faizi ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə tərəfdar olduğunu bildirib. Həmçinin onların əksəriyyəti ölkənin müxtəlif bölgələrində baş vermiş zorakılığı qınayıb. Eyni zamanda respondentlərin 57 faizi polis və jandarmeriyanın fəaliyyətini dəstəkləyib.

İyunun 29-30-da keçirilən sosioloji tədqiqatda yaşı 18-dən yuxarı mindən çox Fransa vətəndaşı iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM