satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay Türkiyə 334 milyon dollarlıq müdafiə məhsulu ixrac edib

Ötən ay Türkiyə 334 milyon dollarlıq müdafiə məhsulu ixrac edib

Türkiyə Müdafiə və Aerokosmik Sənaye sektoru 2023-cü ilin iyun ayında 334 milyon ABŞ dolları dəyərində ixracat həyata keçirib.

Naxçıvan televiziyası Türkiyə mediasına istinadən xəbər verir ki, 2022-ci ilin iyun ayında 286 milyon dollarlıq ixrac reallaşdıran sektorun 2023-cü ilin iyun ayında 334 milyon 375 min ABŞ dolları dəyərində ixracata imza atması ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir. Eyni zamanda 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2023-cü ilin birinci yarısında ümumi ixrac dəyərlərində artım 21% təşkil edib. Ötən ili 4,4 milyard dollarlıq rekord ixracatla başa vuran Türkiyə Müdafiə və Aerokosmik Sənayesi sektoru 2023-cü ildə 6 milyard dollarlıq ixracatla yeni rekorda imza atmağı hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM