satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”

Volodimir Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”

“Krım azad olunmadıqca müharibə bitməyəcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM