satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: "Fransadakı hadisələrin müsəlmanlara qarşı yeni təzyiqə səbəb olacağından narahatıq"

Türkiyə Prezidenti: "Fransadakı hadisələrin müsəlmanlara qarşı yeni təzyiqə səbəb olacağından narahatıq"

"Fransadakı hadisələrin mühacirlərə və müsəlmanlara qarşı yeni təzyiq, təhdid dalğasına səbəb olacağından narahatıq".

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada baş verən hadisələrə münasibət bildirərkən deyib.

“Şiddət zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi. Ümid edirik ki, Fransadakı son hadisələr daha çox qan tökülmədən və zorakılıq səviyyəsi artmadan ən qısa zamanda başa çatacaq”, - Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşı yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsinin görüntüləri ölkədə kütləvi narazılığa səbəb olub. Etirazlar və toqquşmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM