satellite   Azerspace-1: 11135 H 30000

ABŞ vətəndaşlarına Çinə səfərlərini təxirə salmağı tövsiyə edib

ABŞ vətəndaşlarına Çinə səfərlərini təxirə salmağı tövsiyə edib

ABŞ vətəndaşları qeyri-qanuni həbs riski olduğu üçün Çinə səfərlərini yenidən nəzərdən keçirməlidirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yenilənmiş səyahət tövsiyəsində xəbərdarlıq edib.

"Çin ABŞ vətəndaşlarının ölkə hökuməti tərəfindən qeyri-qanuni şəkildə saxlanılması riski altındadır", - Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ-Çin münasibətləri cari ilin fevralında ABŞ-ın öz ərazisi üzərində Çin şarını vurmasından sonra pisləşdi. İki ölkə arasında münasibətlərin daha da soyuması ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə ABŞ-da keçirilən görüşdən sonra baş verib.

Vaşinqton hesab edir ki, ABŞ Dövlət katibi Entoni Blinkenin iyun ayında Pekinə səfəri nəticəsində tərəflər ikitərəfli münasibətlərdə müəyyən irəliləyiş əldə edə biliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM