satellite   Azerspace-1: 11135 H 30000

İyun ayında 65 terrorçu zərərsizləşdirilib

İyun ayında 65 terrorçu zərərsizləşdirilib

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya iyun ayında 65 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Naxçıvan televiziyası “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya iyun ayında separatçı terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 65 terrorçunun zərərsizləşdirildiyini, saxlanılan 418 nəfərdən 112-nin həbs olunduğunu açıqlayıb. Yerlikaya sosial media hesabından verdiyi açıqlamada terrorla mübarizənin fasiləsiz davam etdiyini bildirib. Eyni zamanda Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, əməliyyatlar nəticəsində 16 terror aktının qarşısı alınıb, 38 bunker və sığınacaq yararsız vəziyyətə salınıb, 51 silah, 70 əl qumbarası, 24 mina, 3 kiloqram plastik partlayıcı, ümumilikdə 313 kiloqram partlayıcı maddə və müxtəlif ölçülərdə 6 min 937 sursat ələ keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM