Rusiyanın Kamçatka diyarında “MiQ-31” qırıcı təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb.
Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Rusiyanın Sakit Okean Donanması yayıb.
Bildirilib ki, təyyarə döyüş komplekti olmadan uçuş tapşırığı yerinə yetirib.
Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib.
Hadisənin səbəbi və şəraiti araşdırılır.
