satellite   Azerspace-1: 11135 H 30000

Fransada iğtişaşlar özəl sektora 1 milyard avrodan çox ziyan vurub

Fransada iğtişaşlar özəl sektora 1 milyard avrodan çox ziyan vurub

Fransada polisin əlcəzairəsilli 17 yaşlı yeniyetməni öldürməsindən sonra bir neçə gün ərzində respublikanın hər yerində baş verən iğtişaşlar nəticəsində iş adamları və bankirlər 1 milyard avrodan çox itki ilə üzləşib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Jofru Ru de Bezyo “Le Parisien” qəzetinə müsahibəsində deyib.

O, bununla belə, dəqiq rəqəm söyləməyin hələ tez olduğunu vurğulayıb.

"Turizmə dəyən zərəri saymasaq, söhbət 1 milyard avrodan çox vəsaitdən gedir. Dünyada yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir", - o deyib.

MEDEF rəhbəri vurğulayıb ki, son günlər ərzində 200 mağaza tamamilə talan edilib, 300 bank filialı dağıdılıb, 250-yə yaxın tütün mağazası da qarət edilib. Bəzi ticarətçilər soyğunçuluqla yanaşı, iğtişaşçılar tərəfindən törədilən yanğınlardan da əziyyət çəkirlər.

Daha əvvəl AFP xəbər verib ki, iğtişaşlar fonunda, xüsusilə ABŞ-dan olan əcnəbilər Paris hotellərində sifarişlərin 25%-ə qədərini ləğv ediblər.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də əlcəzairəsilli 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayıb. Polisin törətdiyi qətl ölkədə geniş narazılığa səbəb olub. Etiraz və qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM