satellite   Azerspace-1: 11135 H 30000

Fransada böhran vəziyyətlərdə sosial şəbəkələr qadağan edilə bilər

Fransada böhran vəziyyətlərdə sosial şəbəkələr qadağan edilə bilər

Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə keçirdiyi görüşdə gələcəkdə böhranlı vəziyyətlərdə ölkədə sosial şəbəkələrin bağlanacağını istisna etmədiyini bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

“Biz gənclərin auditoriyasının sosial şəbəkələrdən istifadəsini təhlil edib, tətbiq edilməli olan qadağalar barədə düşünməliyik. Böhranlar baş verəndə onları tənzimləməyi və ya söndürməyi bacarmalısan”,-deyə o bildirib.

Fransa lideri vurğulayıb ki, bu məsələ ilə bağlı ayıq müzakirə lazımdır: “Sosial media qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə edildikdə, müzakirə ediləcək çox şey var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM