satellite   Azerspace-1: 11135 H 30000

Aclıq təhlükəsi ilə üzləşən sudanlıların sayı 19,1 milyona yüksəlib

Aclıq təhlükəsi ilə üzləşən sudanlıların sayı 19,1 milyona yüksəlib

Aprelin ortalarından bəri aclıq təhlükəsi ilə üzləşən sudanlıların sayı 11,7 milyondan 19,1 milyona yüksəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

O, müharibə edən tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.

“Münaqişə ən çox aclıq riski altında olan insanların sayını kəskin şəkildə artırıb. Əhalinin səhiyyəyə ehtiyacı yüksəkdir, səhiyyə xidmətlərinə çıxış çox çətin olaraq qalır və münaqişənin yaratdığı şərait epidemiyaların yayılması səbəbindən ölüm riskini artırır", - baş direktor deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM