satellite   Azerspace-1: 11135 H 30000

Lvova raket hücumu zamanı yaşayış binası dağılıb, azı 4 nəfər həlak olub

Lvova raket hücumu zamanı yaşayış binası dağılıb, azı 4 nəfər həlak olub

İyulun 6-na keçən gecə Ukrayna ərazisi Rusiya silahlı qüvvələri tərəfindən raket və kamikadze dronlarının hücumuna məruz qalıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, iyulun 6-na keçən gecə paytaxt Kiyev də daxil olmaqla ölkənin bütün ərazisi üzrə hava həyəcanı siqnalı çalınıb.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda raketlərdən birinin Lvovda yaşayış binasına düşdüyü, insanların dağıntılar altında qaldığı bildirilib. Azı 4 nəfərin öldüyü müəyyən edilib, 9 nəfər isə xəsarət alıb.

“Axtarış-xilasetmə əməliyyatı davam edir. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfər təxliyə edilib. Xilasedicilər dağıntıların sökülməsini davam etdirirlər”,- deyə nazirlik məlumat yayıb.

Rusiyanın raket hücumları nəticəsində yaşayış binasına ziyan dəyib - iki girişdə 3-cü və 4-cü mərtəbələr dağılıb, 60-a yaxın mənzil və 50 avtomobilə də ziyan dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM