satellite   Azerspace-1: 11135 H 30000

Priqojin hazırda Belarus ərazisində deyil - Aleksandr Lukaşenko

Priqojin hazırda Belarus ərazisində deyil - Aleksandr Lukaşenko

“Vaqner” özəl hərbi şirkətinin başçısı Priqojin hazırda Belarus ərazisində deyil.

Naxçıvan televiziyası TASS agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, “Vaqner” qrupunun döyüşçüləri isə Rusiyadakı daimi düşərgələrindədir.

“Yevgeni Priqojinə gəlincə, o, Piterdədir. Ola bilsin, Moskvaya gedib, amma o, Belarus ərazisində yoxdur”, - deyə Lukaşenko bildirib.

O qeyd edib ki, “Vaqner” döyüşçülərinin Belarusda yerləşdirilməsi şirkət rəhbərliyinin və Rusiya hakimiyyət orqanlarının işidir.

“Bu, “Vaqner” şirkətinin və Rusiya rəhbərliyinin hansı qərarı verəcəyindən asılı olacaq. Əgər onlar Belarusda müəyyən sayda döyüşçünün istirahət, təlim keçməsi üçün yerləşdirməyi lazım bilsələr, mən qərarımı yerinə yetirəcəyəm”, - deyə Belarus Prezidenti əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM