satellite   Azerspace-1: 11135 H 30000

ÜST ekoloji risklərin səbəb olduğu insan itkilərinin qarşısını almağa çağırır

ÜST ekoloji risklərin səbəb olduğu insan itkilərinin qarşısını almağa çağırır

Qarşısı alına bilinəcək ekoloji risk faktorları səbəbindən hər il Avropa regionuna aid 53 ölkədə 1,4 milyon insan həyatını itirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Budapeşt şəhərində keçirilən ətraf mühit və sağlamlığın mühafizəsi üzrə nazirlər konfransında səsləndirilib.

İyulun 7-də region ölkələrinin nazirləri və nümayəndələri insan itkilərini azaltmaq üçün təcili tədbirlərin görülməsi öhdəliyinin yer aldığı konkret fəaliyyətlər üzrə deklarasiya imzalayacaq. Budapeşt deklarasiyası Avropa Regional Komitəsinin 2023-cü il oktyabrın 24-26-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək 73-cü sessiyasında müzakirəyə çıxarılacaq.

Ekspertlərin hesablamalarına görə, ötən il Avropada təkcə ekstremal istilərdən ən azı 20 min insan həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM