satellite   Azerspace-1: 11135 H 30000

“Threads” profilini yalnız “Instagram” hesabı ilə birlikdə silmək mümkündür

“Threads” profilini yalnız “Instagram” hesabı ilə birlikdə silmək mümkündür

“Meta”nın “Twitter”ə rəqib olaraq hazırladığı “Threads” tətbiqi istifadəyə verilib. Ancaq “Threads” sosial şəbəkəsinin istifadəçiləri öz profillərini yalnız “Instagram” hesabı ilə birlikdə silə biləcəklər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi “Meta” korporasiyası məlumat yayıb.

Bildirilib ki, istifadəçilərin istənilən vaxt “Threads” profilini deaktiv etmək imkanı var, lakin onu tamamilə silmək üçün “Instagram” hesablarını silməlidirlər.

Qeyd edək ki, sosial media platformasına yalnız “Instagram” hesabı ilə daxil olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM