satellite   Azerspace-1: 11135 H 30000

NATO-nun Litva sammitində Ukraynanın təhlükəsizlik ehtiyacları müzakirə olunacaq

NATO-nun Litva sammitində Ukraynanın təhlükəsizlik ehtiyacları müzakirə olunacaq

NATO ölkələri iyulun 11-12-də Vilnüs şəhərində keçiriləcək sammitdə Ukraynanın təhlükəsizliklə bağlı ehtiyaclarını müzakirə edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ağ evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi Voice of America radiostansiyasına müsahibəsində bildirib.

“Düşünürəm ki, Vilnüsdə müttəfiqlər hazırda döyüş meydanında baş verənləri və əks-hücum üçün Ukraynanın ehtiyaclarını müzakirə edəcəklər. Eyni zamanda Kiyevin müharibədən sonra yaranacaq ehtiyacları da müzakirə mövzusu olacaq”, - deyə Con Kirbi bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 29-da Avropa İttifaqının sammitində çıxışı zamanı Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansının “Ukraynaya güclü dəstək siqnalı göndərəcəyini” vəd edib. O, son həftələr NATO-nun əsas prioritetinin maksimal hərbi yardım göstərməklə Ukraynanın hərbi qələbəsini təmin etmək olduğunu dəfələrlə vurğulayıb.

NATO-nun Litva sammitində Ukraynaya hərbi yardımın çatdırılması və ölkənin yenidən silahlanması ilə bağlı çoxillik proqram qəbul edilməlidir. Yens Stoltenberqin sözlərinə görə, burada məqsəd postmüharibə dövrü üçün Ukraynanı Rusiyanın hərbi əməliyyatları bərpa etməyə imkan verməyəcək dərəcədə silahlandırmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM