satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hərbi hissə komandiri müharibə zamanı əmrə tabe olmamaqda ittiham olunur

Ermənistanda hərbi hissə komandiri müharibə zamanı əmrə tabe olmamaqda ittiham olunur

Ermənistanda 44 günlük müharibə sırasında orduda baş verən intizamsızlıq və fərarilik halları ilə bağlı cinayət işləri davam edir.

Naxçıvan televiziyası ”Sputnik Armenia”ya istinadən xəbər verir ki, 2020-ci ilin oktyabrında Ermənistan ordusunun hərbi hissə və batalyon komandirlərinin yuxarı komandanlığın əmrini yerinə yetirməkdən imtina etməsi ilə bağlı növbəti cinayət işi İrəvan məhkəməsinə göndərilib.

İttiham tərəfi qeyd edir ki, istintaq altında olan zabitlər sonradan Fövqəladə Hallar Nazirliyinin rəhbəri olmuş Andranik Piloyana tabe olublar və döyüş əməliyyatları zamanı onun əmrinə tabe olmayıblar.

Təqsirləndirilən şəxslər əməllərini ağır mənəvi-psixoloji vəziyyətlə izah ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM