satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər ölüb

Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər ölüb

Pakistanda son iki həftədə daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər həlak olub, daha 87 nəfər xəsarət alıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Dawn" qəzeti fövqəladə hallar idarəsindəki mənbələrə istinadla məlumat yayıb.

Ən çox ölüm hallarının Pəncab əyalətində qeydə alındığı bildirilir. Əyalətdə binaların çökməsi və torpaq sürüşmələri 20-yə yaxın insanın həyatına son qoyub. Ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Şanqla rayonunda isə 8 yeniyetmə həlak olub. Hazırda xilasedicilər dağıntılar altında qala biləcək uşaqların axtarışını davam etdirir.

Sinoptiklər yaxın günlərdə Pəncab əyalətinin bütün ərazisində musson yağışlarının davam edəcəyi və daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.

2022-ci ildə Pakistanda musson yağışlarının səbəb olduğu dağıdıcı daşqınlar və torpaq sürüşmələri 1,7 min insanın ölümü ilə nəticələnmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM