satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğanın Zelenski ilə görüşü başlayıb

Ərdoğanın Zelenski ilə görüşü başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Ukrayna Prezidenti Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Hər iki ölkənin liderləri İstanbulda görüşürlər.

Görüşdə sülh formulu, NATO Sammiti, təhlükəsizlik zəmanətləri, Taxıl sazişi, Ukraynanın yenidən qurulması, Türkiyə və Ukrayna şirkətləri arasında müdafiə müqavilələri üzrə mövqelərin koordinasiyası müzakirə olunacaq.

Liderlər təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında keçiriləcək görüşə sədrlik edəcək və birgə mətbuat konfransı keçirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM