satellite   Azerspace-1: 11135 H 30000

Meksika körfəzində neft platformasında baş verən yanğında iki işçi ölüb

Meksika körfəzində neft platformasında baş verən yanğında iki işçi ölüb

Meksika körfəzinin cənubunda yerləşən dəniz platformasında cümə günü səhər tezdən baş verən şiddətli yanğın nəticəsində iki işçi ölüb, bir işçi itkin düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə neft şirkəti “Pemex”in məlumatında qeyd olunub.

Şirkət digər işçilərin təxliyə olunduğunu, neft hasilatının yanğından böyük zərər gördüyünü bildirib.

Qeyd edək ki, ötən gün Meksika körfəzindəki Cantarell yatağında “Pemex”in “Nohoch-A” neft platformasının iki bölümündə güclü yanğın baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM