satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu Ukraynanın Liman şəhərini atəşə tutub, 6 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Liman şəhərini atəşə tutub, 6 nəfər ölüb

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə, şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub.

Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM