satellite   Azerspace-1: 11135 H 30000

ABŞ münaqişə bitməmiş “F-16”ları Kiyevə təhvil verə bilər

ABŞ münaqişə bitməmiş “F-16”ları Kiyevə təhvil verə bilər

“Amerika istehsalı olan “F-16” qırıcıları Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı üçün nəzərdə tutulmayıb, lakin müharibə gözləniləndən daha uzun sürərsə, Ukraynaya verilə bilər”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Bu qırıcılar heç vaxt əks-hücum silahı sayılmayıb. Hazırda hadisələri izləyirik. Ümid edirəm ki, bu müharibə daha tez bitər. Amma bu baş verməsə, biz “F-16”ları mümkün qədər tez onlara təhvil verəcəyik”,- deyə o bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əks-hücumla yanaşı, “F-16” qırıcıları Odessadan dəniz yoluna nəzarət etmək üçün Ukrayna Silahlı Qüvvələrinə lazımdır.

Prezident qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya aviasiyasına nisbətən havada üstünlük əldə etmək niyyətində deyil: “Sadəcə söhbət cəbhədə bərabər olmaqdan gedir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM