satellite   Azerspace-1: 11135 H 30000

BMT rəsmisi: “Taxıl sazişi”nin müddətinin uzadılmaması ağır nəticələrə səbəb ola bilər”

BMT rəsmisi: “Taxıl sazişi”nin müddətinin uzadılmaması ağır nəticələrə səbəb ola bilər”

“Dünyanın taxıl ehtiyacının əhəmiyyətli hissəsini təmin edən “Taxıl sazişi”nin müddətinin uzadılmaması ağır nəticələrə səbəb ola bilər”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandıran BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffit deyib.

BMT rəsmisi on gün sonra müddəti bitən sazişin yenilənməsi üçün danışıqların davam etdiyini deyib. Ankara ilə mütəmadi əlaqədə olduğunu deyən M. Qriffit problemin həlli istiqamətində səylərin nəticələnməsi üçün gələn həftə İstanbula səfər edəcəyini bildirib:

“Bununla bağlı müzakirələr gedir. Mən İstanbula, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan “Taxıl sazişi” üzrə danışıqlar aparmaq üçün Rusiyaya səfərə gedir. Türkiyə taxıl müqaviləsində diplomatik aktyor rolunu oynayır.

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə də, razılaşmanın uzadılması məsələsini gündəmə gətirib. Əgər razılığa gəlinməzsə bunun nəticələri ağır olacaq. Ortaq razılığa gəlinməsi vacibdir. Müqavilənin hər iki, üç ayda bir uzadılması kommersiya etibarını çox zədələyir”.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq. Rusiya rəsmiləri sazişin uzadılması niyyətində olmadıqlarını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM