satellite   Azerspace-1: 11135 H 30000

BMT: Ukraynada müharibə başlayandan bəri 9,1 mindən çox dinc sakin həlak olub

BMT: Ukraynada müharibə başlayandan bəri 9,1 mindən çox dinc sakin həlak olub

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yenilənmiş statistikasına əsasən, 2022-ci il fevralın 24-dən 2023-cü il iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 15993 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, statistikaya görə, Ukraynadakı müharibə zamanı 1630 uşaq qurbanı qeydə alınıb: 535 nəfər ölüb, 1095 nəfər yaralanıb. Uşaqlar arasında ölənlərin sayının 57,2 faizini oğlanlar, 42,8 faizini isə qızlar təşkil edib. Ümumiyyətlə, həlak olan dinc sakinlərin 61 faizi kişi, 39 faizi qadın olub.

BMT Krım və Sevastopolda azı 6 ölü və 16 yaralı, həmçinin Rusiyanın digər sərhəd bölgələrində 58 ölü və 229 yaralı qeydə aldığını açıqlayıb.

Ali Komissarlıqdan bildirilib ki, mülki əhali arasında itkilərin faktiki sayı daha çox ola bilər, çünki fərdi itkilər barədə bir çox məlumat hələ də təsdiqlənməyi gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM