satellite   Azerspace-1: 11135 H 30000

“Airbus” ilin birinci yarısında 1044 təyyarə sifarişi alıb

“Airbus” ilin birinci yarısında 1044 təyyarə sifarişi alıb

“Airbus” ilin birinci yarısında 1044 sifariş alıb.

Naxçıvan televiziyası “Reuters”ə istinadla xəbər verir ki, “Airbus” bu il müştərilərə 720 təyyarə çatdırmağı planlaşdırır. Ən çox sifariş edən Hindistanın “IndiGo” və “Air India” aviadaşıyıcılarıdır - müvafiq olaraq 500 və 250 təyyarə. Bu sifarişlər ötən ay Paris Aviasiya Sərgisində verilib.

2022-ci ildə “Airbus”a ilin birinci yarısında cəmi 259 sifariş verilmişdi və həmin altı ayda istehsalçı müştərilərə 297 təyyarə çatdırmışdı.

“Airbus”un hazırda ən populyar modeli “A321neo”dur. Bundan əvvəl isə “A320ceo” ən çox tələbat olan təyyarə idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM