satellite   Azerspace-1: 11135 H 30000

“Ukrayna münaqişə kontekstində NATO-ya daxil ola bilməz” - Latviyanın Almaniyadakı səfiri

“Ukrayna münaqişə kontekstində NATO-ya daxil ola bilməz” - Latviyanın Almaniyadakı səfiri

NATO-nun Vilnüs sammiti ərəfəsində Latviyanın Almaniyadakı səfiri Alda Vanaga deyib ki, davam edən münaqişə kontekstində Ukrayna alyansa üzv ola bilməz, lakin Kiyev təhlükəsizlik zəmanəti almalıdır.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə şənbə günü “Redaktionsnetzwerk Deutschland” redaksiya birliyinə verdiyi müsahibəsində bildirib.

"Bu, NATO-nun şərq cinahını necə daha yaxşı qoruya biləcəyimizə və Ukraynanın Şimali Atlantika Alyansına necə qəbul olunacağına dair tarixi sammit olacaq. İndi müharibə şəraitində bunu qəbul etmək mümkün deyil, lakin biz Ukraynaya qoşulmazdan əvvəl ona hansı təhlükəsizlik zəmanətlərinin verilə biləcəyini də çox intensiv müzakirə edirik”, - deyə A.Vanaga söyləyib.

Diplomatın fikrincə, sual bütün ölkələrin birlikdə, yoxsa yalnız ayrı-ayrılıqda nəyəsə nail ola biləcəklərindən gedir.

Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM