satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Qətər hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Türkiyə və Qətər hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Türkiyə və Qətər hökumətləri hərbi-texniki sahədə əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətindədirlər.

Naxçıvan televiziyası NTV-yə istinadən xəbər verir ki, bu məsələ Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında Dohada keçirilən danışıqlarda prioritet məsələlər sırasında olub.

Danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 17-19-da Fars körfəzi ölkələrinə səfəri ərəfəsində aparılıb.

Yılmaz qeyd edib ki, Qətərlə əməkdaşlıq müdafiə sənayesi və enerji sahələrində dərinləşdirmək vacibdir.

Hərbi-sənaye xəbərləri üzrə ixtisaslaşmış “SavunmaSanayi” portalı qeyd edib ki, Qətər Türkiyədən pilotsuz təyyarələr, idarə olunan hərbi sursatlar, yerüstü zirehli platformalar, döyüş gəmiləri və sürətli qayıqlar alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM